Həyat yoldaşını 5 il özü ilə gəzdirən xalq artisti: “Arxamızca oğlanlar hücum çəkirdilər"

Paylaş
19 İzlənmə
1 Ay Öncə

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı xalq artisti Ceyran Haşımova olub.

 

Xalq artisti qızlardan ibarət ansambluna çoxlu elçi düşdüyündən söhbət açıb:

 

“Qızların hamısı üçün elçi düşürdülər. O vaxt Asəf Zeynallıda yoldaşımla dərs deyirdik. Yoldaşım skripka müəllimi idi. Tək getməyə qorxurdum deyə yoldaşım da icazə alırdı, bir inzibatçı kimi mənimlə gedirdi. 1966-cı ildə efirə çıxdıq deyə bizim ansamblumuza axın başladı. Kollektivimiz 25 nəfər oldu. 5 oxuyan var idi. Təranə Vəlizadə, Nəzakət Məmmədova,  Raziyyə Şirinova mənim ilk müğənnilərim idi. Biz bunlarla qastrol səfərlərinə gedirdik və konsertlər verməyə başladıq. Yoldaşım da 5 il mənə kömək etdi. Elə ki, konsert bitirdi, arxamızca maşınlarla oğlanlar hücum çəkirdilər ki, biz o qızı və ya bu qızı alırıq. Deyirdik ki, ay bala, biz bura qız verməyə gəlməmişik”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

Azərbaycanda abort olunan məktəblilər: Erkən nikahların acı statistikası

481 3 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun