İki siçovulun davasından şoka düşən pişik şəbəkə ulduzu oldu

Paylaş
874 İzlənmə
3 Həftə Öncə

İnternet şəbəkəsində bir pişiyin iki siçovul arasında gedən şiddətli döyüşü izlərkən çəkilən video yayılıb. 

 

Qaynar TV xəbər verir ki, video “Facebook”da Sinqapur sakini Çiz Qo tərəfindən yayımlanıb. O, bu mənzərəni evə gedərkən gördüyünü qeyd edib.

 

Görüntülərdə evin girişinin yaxınlığında iki siçovul mübarizə aparır. Üstəlik, heyvanlar o qədər cəsarətli və özünə arxayın şəkildə vuruşurlar ki, onlardan bir neçə metr məsafədə dayanıb baş verənləri seyr edən pişiyin fərqinə varmırlar. 

 

Siçovullar özləri də arxa ayaqları üstə qalxaraq həqiqi boksçular kimi bir-birilərinə vurmağa başlayırlar. Çiz Qo özü pişiyin baş verənlərə qarışmamasını "ağıllı hərəkət" hesab etdiyini deyib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1584 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun