Putin sözü FHN rəhbərinə verəndə hirslə qələmini tulladı

Paylaş
950 İzlənmə
1 Ay Öncə

Sosial şəbəkələrdə prezident Vladimir Putinin onlayn toplantı zamanı qələmini acıqla masaya atdığı videoçarx ortaya çıxıb.

 

Qaynar TV xəbər verir ki, bu, Putinin sözü Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevə verdiyi zaman baş verib. Prezidentin sözlərinə görə, təbii fəlakətlər səbəbindən bir çox insan evlərini itirir və həyatları təhlükə altındadır.

 

"Gəlin işləməyə başlayaq, ancaq əvvəlcə fövqəladə hallar nazirinin hesabatını dinləmək istəyirəm", - Putin deyib və əlindəki qələmi sərt şəkildə stolun üstünə atıb.

 

Xatırladaq ki, Rusiya Federasiyasının dörd bölgəsində - İrkutsk, Transbaikaliya, Tuva və Xakasiyada meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Digər 49 bölgədə xüsusi yanğından mühafizə rejimi hökm sürür.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1018 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun