Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - İmtahanlarda yenilik

Paylaş
524 İzlənmə
1 Həftə Öncə

Sürücülük vəsiqəsi almaq istəyən şəxslərə imtahan üçün Sumqayıtda müvafiq şərait yaradılıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsində imtahandan keçən şəxslər təcrübi meydançada öz bacarıqlarını yoxlayırlar.

 

Meydançada isə istənilən markalı nəqliyyat vasitəsi var.

 

Qaynar TV "Xəzər TV"yə istinadla xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydançası var.

 

Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Daha doğrusu, onlar həmin nəqliyyat vasitələrini də idarə etməklə yol hərəkəti qaydalarından əyani olaraq imtahan verirlər.

 

Gün boyu təxminən 15-20 nəfər bu avtomobillərdən istifadə edir. Avtomobili idarə etməklə imtahan verən şəxslərlə təlimatçılar arasında ünsiyyət olmur.

 

Təcrübi imtahan verən şəxsin yol hərəkəti ilə bağlı bütün məlumatları avtomobildə olan kompüterdə görünür. Onun imtahanı keçib-keçmədiyi də elə kompüterdə yazılır.

 

Qeyd edək ki, sistem kompüterləşdirildiyindən avtomobildə təlimatçı oturmaya bilər. Amma imtahan verən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimatçılar heç bir müdaxilə etmədən sürücünün yanında əyləşirlər.

 

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

659 6 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun