"Maya Sandunu mürəkkəb mərhələ gözləyir"

Paylaş
686 İzlənmə
3 Ay Öncə

"Yaxın aylarda Moldovada erkən parlament seçkiləri keçiriləcək".

 

Qaynar TV xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Ekspert bildirib ki, Moldova problemlər içində itib-batan yoxsul bir ölkədir:

 

"Amma postsovet dövründə hakimiyyətin seçki yolu ilə dəyişməsi ənənəsi və bu cür siyasi mədəniyyət nümunəsi yarada bilmələri çox önəmli tərəqqidir. Maya Sandunu mürəkkəb bir mərhələ gözləyir. Əslində Moldova parlamentli respublikadır və prezidentin səlahiyyətləri məhduddur. Amma son illər qanunverici və icra hakimiyyəti permanent xaos içərisində olduğundan, prezident institutunun önəmi xeyli artıb".

 

Şahin Cəfərli qeyd edib ki, indi Maya Sandunun əsas vəzifəsi formalaşacaq və yeni parlamentdə çoxluq yaradaraq onun proqramını həyata keçirəcək hökumət qurmağa nail olmaqdır:

 

"Artıq mövcud sosialist hökumət yeni prezidentin çağırışı ilə istefaya gedəcəyini açıqlayıb".

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6188 5 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun