Polad Həşimovun anası ağladı: “Torpaq deyə-deyə getdi, amma görmədi”

Paylaş
3,345 İzlənmə
1 Ay Öncə

“Qələbəni igid əsgərlərimizin, komandirlərimizin, generallarımızın, zabitlərimizin şücaəti nəticəsində qazandıq. Vuruşaraq torpaqları geri aldılar. Canlarını qoyub, qanlarını töküb torpaqlarımızı azad etdilər. Torpaq elə-belə azad olunmur”.

 

Qaynar TV xəbər verir ki, bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Xəzər TV-də yayımlanan “Vaxtı gəldi” proqramında deyib. O bildirib ki, Poladın bu günləri görmədiyinə çox təəssüflənir:

 

“Gərək bu igidlərimizi göz bəbəyimiz kimi qoruyaq. Birinci növbədə qazilərimizin qarşısında bütün millət baş əyməlidir. "Vətən" deyə-deyə şəhid olan şəhidlərimizin qarşısında mən - Polad Həşimovun anası baş əyirəm.

 

Qaziləri görəndə dözə bilmirəm. Çox sağ olun, siz bizim yolumuzda qazi olmusunuz. Ruh düşkünlüyü ilə deyirəm ki, oğlum Polad Həşimov "torpaq" deyə-deyə getdi, amma alınan gününü görmədi.

 

Buna görə çox qürursuzam. Qazi analarına müraciət edirəm, dözümlü olsunlar. Allahın qisməti belə imiş, tale belə yazıb. Mən o ananın nə hisslər keçirdiyini, ürəyindən necə qanlar axdığını başa düşürəm. Ana olmasan, bunu başa düşməzsən.

 

Şəhid anaları, yəqin ki, ürəyində çox şey fikirləşirlər. Hər bir ana qucağında övlad böyüdəndə nələr fikirləşirmişlər... Onlar bu gün arzularına gəlib çata bilməyən analardır. Dözməlidirlər, Allah bütün analara dözüm versin”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6135 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun