18 gün komada qalan qazimiz evinə döndü

Paylaş
1,105 İzlənmə
1 Həftə Öncə

Yaralı olduğu halda əsgər yoldaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə dönüb. 

 

Qaynar TV Baku TV-ə istinadən xəbər verir ki, onun dönüşü əsl bayram ab-havası yaradıb. 

 

Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb. 

 

Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub. Ordumuzun şücaətindən danışan qazi deyir ki, bir çox əsgər yoldaşları ağır yaralansa da, döyüş meydanını tərk etmirdilər. Füzuli uğrunda gedən döyüşlərdə Zeynalın özü də yaralanıb. Buna baxmayaraq, yaralı əsgər yoldaşlarına yardım edib onların həyatını xilas etməyi bacarıb. Özü isə 18 gün komada qalıb. 

 

Z.Fərzəliyev qeyd edib ki, yaralarını sarıdığı, yardım etdiyi yoldaşlarından heç biri dünyasını dəyişməyib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun