Yaşadığı binanın 45-ci mərtəbəsindən yerə stul atan qadın cəzalandırıldı

Paylaş
941 İzlənmə
3 Həftə Öncə

Kanadanın Toronto şəhərində yaşadığı binanın 45-ci mərtəbəsindən aşağıya stul atan şəxs 2 min dollar məbləğində cərimələnib.

 

Qaynar TV xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrında baş verib.

 

Marsella Zoiya adlı bir qız sosial şəbəkə hesabında stul atarkən çəkib paylaşdığı video ilə bütün ölkədə gündəm olmuşdu. Stul aşağıdan uşaq arabası ilə keçən bir qadının yanına düşmüşdü. Sözügedən videoya gələn çoxsaylı tənqidlərdən sonra gənc qız videonu silsə də cəzadan qaça bilməyib. Görüntülərin yayılmasından sonra onun barəsində cinayət işi açılıb. Məhkəməyə bir gün əvvəl içkili olduğu və hadisəni də içkinin təsirindən etdiyi haqda sənədlər təqdim edilsə də, ötən gün baş tutan prosesdə ona 2 min dollar pul cəzası və 150 saat ictimai xidmət cəzası verilib. Zoia etdiklərinə görə peşman olduğunu bildirib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

2167 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun