Elm adamları “gözəgörünməz” balıqları görüntüyə ala bildi

Paylaş
467 İzlənmə
1 Ay Öncə

Elm adamları yırtıcılardan qorunmaq üçün bədəninin parıltısını suda "əritmək” üçün tənzimləyə bilən "gözəgörünməz” balıqları videoya çəkə bilib.

 

Qaynar TV xəbər verir ki, növlərin kəşfi Sidneydəki Avstraliya Muzeyinin bir qrup dəniz bioloquna aiddir. Elmi işlərin nəticələrinə əsaslanan məqalə "PLOS One” jurnalında dərc olunub. Amerika Samoası və Yeni Zelandiya sahillərinə ekspedisiya zamanı tutulan balıqlara "M. niger və M. Griseus” adı verilib. Onlar "opisthoproctidae” ailəsinə aiddir: ailənin tərkibinə 19 növdən ibarət 8 cins daxildir ki, onlardan çoxu da cəmi bir nümunədən məlumdur.

 

Bu balıqlar 400-2500 metr dərinlikdə Sakit, Atlantik və Hind okeanlarının tropik və mülayim sularında yaşayırlar. Demək olar ki, bütün opistoproktlar 20 sm-dən çox deyil, bədən forması növlərdən asılı olaraq dəyişir. Ümumi bir əlamətləri maye ilə dolu şəffaf bir baş üzərində yerləşən silindrik gözlərin olmasıdır. Alimlərin fikrincə, bu xüsusiyyət balığın maksimum işıq almasına imkan yaradır, həmçinin onları dalayıcı meduza hüceyrələrindən qoruyur.

 

Digər "opistoproctovye”lər kimi, "M. niger və M. Griseus” içəridən işıq saça bilirlər: bu, daxili orqanlarında yaşayan simbiyotik bakteriyalara bağlıdır. Piqmentli pullarla örtülmüş şəffaf bədənə sahib olan bu balıqlar parıltısını tənzimləyir ki, Günəş işığının səviyyəsinə görə su qatlarıyla eyniləşsin. Bu yolla onlar yırtıcılar üçün görünməz hala gəlirlər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun