Hindistan polisi küçəyə çıxma qadağasına riayət etməyənlərin cəzalandırılması üçün yenə qeyri-adi üsula əl atıb.
QaynarTV xəbər verir ki, əvvəl küçədə maskasız dolaşanları dəyənəklərlə döyən polislər bu dəfə icazəsiz çıxan 3 nəfəri sözdə koronavirus xəstəsinin olduğu təcili yardım avtomobilinə mindiriblər.
Bu görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra viral olub.
Polisdən verilən açıqlamada isə bu cəza üsulu ilə qaydaları pozanlara dərs vermək istədikləri bildirilib.
Videoları qaçırmayın
Videoları qaçırmayın