Şəhidlərin adını yaşadan siniflər

Paylaş
534 İzlənmə
5 Ay Öncə

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin 7 sinfinə Qarabağ şəhidlərinin adı verilib. Onlardan 4-ü Aprel şəhidlərinin xatirəsini yaşadır.  

 

“Report” həmin siniflərdən reportaj hazırlayıb.

 

7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələri sinif otaqlarının qapıları üzərinə həkk olunub. Adları çəkilən qəhrəmanların hamısı Apreldə şəhidlik zirvəsinə ucalıblar. 

 

Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib.

 

Direktor sinif otaqlarına şəhidlərin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət qoyduğunu, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib.

 

F.Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.

 

Aprel şəhidlərinin adları verilən siniflərin şagirdləri də öz təəssüratlarını bölüşüblər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

1297 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun