“15 mərtəbəli binanın 17-ci mərtəbəsi” - Dövlət Komitəsi tikintini dayandırdı

Paylaş
921 İzlənmə
4 Ay Öncə

Belə yerdə o məşhur roman yada düşür, “5 mərtəbəli evin 6-cı mərtəbəsi”. Amma bu nə roman deyil, nə də əsər, bu paytaxt Bakının Günəşli qəsəbəsində yerləşən binadır, 15 mərtəbli binanın 17-ci mərtəbəsi.

 

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Hazırda həmin o 15 mərtəbəyə əlavə edilən 2 mərtəbənin tikinti prosesi davam edir. Görünür şirkət sahibi illər öncə istifadəyə verilən binaya növbəti 2 mərtəbə əlavə etmək qərarına gəlib. Amma hələ ki, həmin o 2 mərtəbə binanın yalnız müəyyən bir hissəsinə əlavə edilir.

 

Sakin: “Mən 15-ci mərtəbədə yaşayıram. Tikintiyə görə divar kağızlarımız qopur, tökülür, tavan zədələnib, döşəmə yararsız vəziyyətə düşüb”.

 

 “Badu Kube” MMC tərəfindən inşa olunan binanın təməli 2005-ci ildən qoyulub. 5-6 il öncə sakinlərin istifadəsinə verilib. Bu yaxında isə “Arko” MMC adlı başqa bir şirkət yaşayış olan 15 mərtəbəli binaya əlavə 2 mərtəbə artırmağa başlayıb.

 

Asif Əsədullazadə - Tikinti şirkətinin nümayəndəsi: “Sadəcə bu podratçı təşkilat onu 12 mərtəbədə saxladı, sonradan 15-i tamamladı. Vəsait olmadığına görə, qaldı yarımçıq”.

 

Deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün binanın layihə sənədlərinə baxmaq istədik. Tikinti şirkətinin digər nümayəndəsinin cavabı belə oldu, o sənəd göstərmədi və otağın qapısını üzümüzə bağladı.

 

Ekpertlərin sözlərinə görə, belə bir tikintinin aparılması yolverilməzdir. Lap layihədə nəzərdə tutulsa belə, artıq istismara verilmiş, yaşayış gedən binada tikinti aparmaq olmaz.

 

Şirin Şərifov – Ekspert: “Bunun konstruksiyası neçə mərtəbəyə icazə verirsə, ondan artıq tikmək qəti qadağandır. Yəni yolverilməzdir. İnsanlar yaşayırsa, artıq istismara verilibsə, orada ümumiyətlə tikinti aparılması düzgün deyil”.

 

Artıq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırma aparılıb və binada tikinti işlərinin dayandırılmasına qərar verilib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14151 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun