“Qarabağ”ın oyununda efirə getməyən kadrlar

Paylaş
442 İzlənmə
1 Həftə Öncə

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.

Qaynarinfo "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu zaman həm meydanda, həm də meydandan kənarda gərgin anlar yaşanıb.

 

Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub.

 

"Qarabağ"ın azarkeşləri buna kəskin etirazlarını bildiriblər. Onlardan bir neçəsi Azərbaycan bayrağı ilə meydana daxil olmaq istəyib və təhlükəsizlik əməkdaşları ilə qısa gərginlik yaşanıb.

Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

31 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun