Qubadlıda 18 əsgəri ölümə göndərən erməni zabit saxlanıldı

Paylaş
832 İzlənmə
3 Həftə Öncə

Ermənistanda Qarabağ məğlubiyyətinə görə, hərbçilərə qarşı cinayət işləri açılıb.
 
Qubadlının Xanlıq kəndi istiqamətində oktybarın 9-da gedən döyüşlərdə yol verilən səhvlərlə bağlı hərbi hissə komandirinin müavini saxlanılıb.
 
Ölən hərbçilərdən birinin atası kənd uğrunda döyüşlər gedən zaman erməni hərbçilərin Ordumuza məxsus drondan qorunmaq üçün ətraf ərazilərdə gizləndiyini xatırlayıb. Lakin drona əhəmiyyət verməyən hərbi hissə komandirinin müavini hərbçilərə toplanaraq avtomobilə oturmağı əmr verib. Nəticədə dron avtomobili məhv edib.
 
Hərbçinin atası zabitin səhv əmrinə görə maşında olan oğlu və yoldaşlarının öldüyünü qeyd edib. Faktla bağlı hərbi hissə komandirinin müavini saxlanılıb. İnsident zamanı polkovnik-leytenantın əmri 18 hərbçinin ölümü, 1-nin yaralanması ilə nəticələnib. 
 

 

Modern.az

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6143 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun