"Keşlə" "Zirə"yə uduzdu

Paylaş
738 İzlənmə
2 Həftə Öncə

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. 

 

Qaynar TV xəbər verir ki, günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gəlib. 

 

Oyuna fəal başlayan meydan sahibləri 6-11-ci dəqiqələrdə Xulio Sezar Rodrigezın dubluna sevinib (biri penaltidən). 35-ci dəqiqədə Cavid Hüseynov fərqi 3 topa çatdırıb. İlk yarının əlavə vaxtında Ruslan Qurbanov fərqi azaltsa da, "Keşlə"nin bundan artığına gücü çatmayıb. Əvəzində 59-cu dəqiqədə Sezar Meza Kolli meydandan qovuulub. Bu qələbə sayəsində "Zirə" xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. 

 

Bu, iki komandanın 18-ci görüşü olub. 18 matçın 5-də "Zirə", 5-də "Keşlə" qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Zirə"nin üstünlüyü var - 20:18. Qəsəbə təmsilçisi ardıcıl 8 ev oyununda qol vurub. "Keşlə” ardıcıl 3 matçdı meydanı qolsuz tərk etmir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun