Kameralar bir anda ona döndü: oxuduğu kitabla gündəm oldu

Paylaş
41 İzlənmə
1 Ay Öncə

BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutan iclasında Venesuela diplomatı oxuduğu kitabla gündəmə çevrilib.

Qaynarifo xəbər verir ki, ABŞ prezidenti Donald Trampın çıxışı zaman venesuelalı diplomat "Bolivar, qəhrəman, dahi və universal düşünən" adlı kitabı oxumağa davam edib. Həmin kitab 1819-1830-cu illərdə Venesuela, Boliviya və Peruya rəhbərlik etmiş, Cənubi Amerika tarixində əhəmiyyətli yerə sahib Simon Bolivardan bəhs edir.

D.Tramp BMT-dəki çıxışı zamanı Venesuela prezidenti Nikolas Maduronu "diktator", "Kuba fədailərinin müdafiə etdiyi Kuba oyuncağı" adlandırıb və Venesuela əhalisi və müxaliflərə dəstəyini bir daha dilə gətirib.

Qeyd edək ki, BMT iclasında iştirakdan imtina edən Nikolas Maduro hazırda Rusiyada rəsmi səfərdədir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

88 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun