7 yaşında ermənilərə əsir düşən Xocalı sakini

Paylaş
604 İzlənmə
1 Həftə Öncə

”Əsirlər arasında bir oğlan var idi. Ermənilər onun boğazına məftil bağlayıb, maşının arxasında sürüyürdülər”.

 

Qaynar TV xəbər verir ki, bu sözləri Xocalı sakini Xəzəngül Əmirova “Vaxtı Gəldi” verlişinə qonaq olan zaman deyib. O bildirib ki, ermənilər tərəfindən atası, anası və bacısı öldürülən zaman cəmi 7 yaşı var imiş:

 

“Həmin faciyə zamanı anamı, 5 yaşlı bacımı və atamı itirmişəm. O anlar heç vaxt yaddaşımdan silinməyəcək. Ən əsası da atamın acınacaqlı şəkildə öldrülüməsi... Ermənilər bizi Xocalıdan Əsgərana gedən zaman girov götürdülər. Anamı, bacımı Xocalıda meşədə vurub öldürdülər.

 

Atamla ikimiz qalmışdıq. Daha sonra bizi ayrı yerə saldılar. Orada tək qalmışdım. Ağlayıb atamı istədiyimi bildirəndə ermənilərdən biri dedi ki, gəl səni onun yanına aparacam. Çölə çıxanda gördüm ki, atamı acağa bağlayıb üstünə benzin tökürlər. Atamın o an olan baxışları gözümün önündən getmir.

 

Lakin indi sevincli anlar yaşayıram. Biz o torpaqlara qayıdacağıq, atamın və anamın ruhu da şad olacaq. Bir əhdim var: ayaqyalın çıxdığım Xocalıya ayaqyalın qayıtmaq”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun