Seçmə mərhələ bitdi, Elxan Məmmədovun dövrü nə vaxt bitəcək?

Paylaş
137 İzlənmə
2 Həftə Öncə

Daha bir seçmə mərhələ başa çatdı. Azərbaycan millisi tarixində ən biabırçı nəticəni göstərərək seçmə mərhələni 1 xalla başa vurdu

 

İndiyədək belə zəif göstərici ilk dəfə qatıldığımız seçmə tsikldə - AVRO-96-da qeydə alınmışdı. O zaman milli komandanın yeni formalaşması, beynəlxalq oyun təcrübəsinin yoxluğu, ev oyunları Bakıda yox, Trabzonda keçirməyimiz kimi amillər 1 xala müəyyən bəraət qazandırırdı.

 

Amma indi... AFFA illik 24 milyonluq büdcəyə malik olmasına, dövlətdən hər cür dəstək almasına baxmayaraq normal milli komanda yarada bilmir. Nə aşağı yaş qrupları üzrə yığmalarda nəticə var, nə də əsas millidə.

 

Azərbaycan seçmə mərhələdə 1 xal toplamaqla Avropanın 55 ölkəsi arasında yalnız San-Marino və Cəbəllütariqi qabaqladı. Hətta Andorra, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar belə, AVRO-2020-nin seçmə mərhələsində bizim yığmadan çox xal topladı.

 

Qaynar TV sportinfo.az-a istinadən seçmə mərhələnin yekunlarından bəhs edən videosüjeti təqdim edir.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun