“İkoş” ləqəbli qadın narkotacir danışdı: “Özüm edirəm”

Paylaş
4,930 İzlənmə
1 Ay Öncə

“2 ildir ki, özüm edirəm. 8-9 ay da heroin və s. satmışam. İsməzədim olsun, çox peşmanam”.

 

Qaynar TV xəbər verir ki, bu sözləri Abşeron rayonunda həbs edilən “İkoş” ləqəbli qadın narkotacir bildirib.

 

Qeyd edək ki, əməliyyat ötən gün keçirilib. Keçirilən əməliyyat zamanı Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.

 

O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

 

Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

681 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun