Ərdoğanın vəd verdiyi müjdə: Tekosher Zagros belə məhv edildi

Paylaş
15 İzlənmə
1 Həftə Öncə

"Tekosher Zagros" kod adlı Müsluh İke adlı yüksək ranqlı PKK üzvü MİT və Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina bölgəsində keçirdiyi ortaq əməliyyat nəticəsində məhv edilib.

 

Qaynar TV xəbər verir ki, bu haqda mediaya təhlükəsizlik qaynaqlarından məlumat verilib.

 

İkenin 90-cı illərdə təşkilata qatıldığı, eləcə də Şəmdinli və Çukurcada təşkil edilən bir çox terror aktlarının təşəbbüskarı olduğu müəyyən edilib.

 

Sözdə Hakurk bölgəsi üzrə məsul Abbas kod adlı Duran Qalxandan təlim aldıqdan sonra "sözdə Metina üzrə məsul” şəxs təyin edilən "Tekosher Zagros" kod adlı Müsluh İkenin adı terrordan axtarışda olanlar üzrə qırmızı siyahıya salınıb. 

 

Xatırladaq ki, Prezident Ərdoğan partiyasının Parlament qrup yığıncağında demişdi:

 

“Bəzi ölkələr milli təhlükəsizliyinə təhdid  edən terrorçuları harada tapsalar, məhv edirlər. Elə isə demək, Türkiyənin də eyni haqqa sahib olduğunu qəbul edirlər. Buraya əllərini sıxdıqları və şəninə təriflər yağdırdıqları terrorçular da daxildir. Ümid edirəm, bu yaxınlarda millətimizə müjdə verə biləcəyik”.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

77 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun