Dadaşov penaltini dəqiq yerinə yetirdi, komandası yarımfinala çıxdı

Paylaş
113 İzlənmə
4 Gün Öncə

Millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti matçını keçirib.

 

Qaynar TV xəbər verir ki, komanda USL çempionatında pley-off mərhələsinin 1/4  final oyununda "Reno” ilə qarşılaşıb.

 

Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib və "Finiks Rayzinq” üstün olaraq, yarımfinala yüksəlib – 5:4.

 

Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, "Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında "El Paso” ilə qarşılaşacaq.

 

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

Qarabağda ordumuza qarşı döyüşən erməni federasiya prezidenti məhv edildi

492 7 Saat Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun