"Ukrayna təyyarəsi İrana aid raketlə vurulub" qalmaqalı böyüyür - ölkə başçılarından açıqlamalar

Paylaş
1,544 İzlənmə
6 Ay Öncə

"Əlimizdəki kəşfiyyat məlumatlarına görə, Ukrayna təyarəsi raketlə vuruğub, lakin bu bilərəkdən olmaya bilər".

 

Qaynar TV xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Kanadanın baş naziri Castin Trüdo çıxış edib. O, təyyarənin hansı tip raketlə və necə vurulduğuna dair suallara cavab verməsə də, əllərindəki çoxsaylı kəşfiyyat məlumatlarından əmin olduqlarını vurğulayıb.

 

İngiltərənin baş naziri Boris Conson da təyyarənin raketlə vurulduğunu göstərən faktlara sahib olduqlarını deyib və şəffaf araşdırma aparılmasına ehtiyac olduğunu bildirib.

 

"Bu bilərəkdən olmaya bilər. Kanada və beynəlxalq müttəfiqlərimizlə yaxın şəkildə çalışırıq", - deyə Conson qeyd edib.

 

ABŞ prezidenti Donald Tramp isə təyyarənin düşməsi ilə bağlı şübhələri olduğunu dilə gətirib. Bildirib ki, bu faciə kimlərinsə səgvi ucbatından baş vermiş ola bilər.

 

"Bəziləri təyyarənin texniki problemlər səbəbindən düşdüyünü söyləyir. Həqiqətən tam olaraq bilmirəm. Bu məsələ ilə bağlı içimdə pis hiss var. Düşünürəm ki, çox pis bir şey olub", - deyə Tramp bildirib.

 

Qeyd edək ki, yanvarın 8-i Ukrayna Hava Yollarına aid "Boeing 737" tipli sərnişin təyyarəsi Tehran Beynəlxalq Hava Limanından qaxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 9-u ekipaj üzvü olmaqla 176 nəfər həyatını itirib. Təyyarənin düşməsi ilə bağlı bir neçə versiya irəli sürülür. Qərb, xüsusən də ABŞ təyyarənin İrana aid raketlə vurulduğunu, İran isə qəzanın texniki səbəblərdən baş verdiyini iddia edir. Hətta İraqdakı ABŞ bazalarının vurulmasının ardından təyyarənin hava məkanının müşahidəsi üçün qaldırılan pilotsuz uçuş aparatı ilə toqquşduğu da səsləndirilən iddialar arasındadır. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, İran ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasını da istintaq prosesində iştirak etməyə dəvət edib.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

932 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun