"Qarabağ" 6 qol vurdu, rekorda imza atdı

Paylaş
970 İzlənmə
1 il Öncə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

 

Qaynar TV xəbər verir ki, turun açılış matçında "Zirə" "Qarabağ"ı qəbul edib. 

 

Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Bədavi Hüseynov fərqlənib. 11-ci dəqiqədə Xayme Romero, 3 dəqiqə sonra isə Mahir Emreli fərqi artırıb. 28-ci dəqiqədə Ailton Silva meydan sahiblərini yenidən məyus edib. 61-ci dəqiqədə Abdullah Zubir görüşdə beşinci qolun müəllifi olub. 85-ci dəqiqədə Maqaye Qeye darmadağında pay sahibi olub.

 

Bu nəticədən sonra xallarının sayını 38-ə yüksəldən "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Zirə" 5-ci yerdədi.

 

Beləliklə, Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda "Qarabağ" səfərdə "Səbail"i, "Keşlə" isə "Qəbələ"ni 4 cavabsız qolla üstələyib.

 

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edir. Tura sabah keçiriləcək "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6209 6 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun