Avstraliyada göydən daş yağdı: Ölkədə xəbərdarlıq edildi

Paylaş
630 İzlənmə
2 Həftə Öncə

Avstraliyada əsl təbii fəlakət baş verib. Qvinslənddə o qədər iri ölçülü dolu düşüb ki, evlərin və avtomobillərin pəncərə şüşələrini sındırıb.

 

Qaynar TV “7News”a istinadla xəbər verir ki, Grimpie şəhərindən Brisbanın cənubuna qədər məskunlaşma yerlərində "nəhəng dolu və dağıdıcı küləklər"lə bağlı fırtına xəbərdarlığı edilib.

 

Telekanalın məlumatına görə, yerli sakinlər toyuq yumurtası ölçüsündə dolu daşları tapıb. 16 metr saniyə sürətiylə əsən güclü külək isə binaların damlarını uçurub.

 

Ölkənin bir çox televiziya kanalları iri buz toplarının sındırdığı avtomil şüşələrini, buz kürəcikləri ilə örtülmüş yolları göstərən kadrlar nümayiş etdiriblər. Avstraliyanın Qvinslənd bölgəsində baş verən fəlakət nəticəsində təxminən 20 min ev elektrik enerjisindən məhrum olub.

 

Xatırladaq ki, bundan əvvəl Avstraliya meşə yanğınlarıyla mübarizə aparmış, ölkənin milli parkında yüzlərlə heyvan tələf olmuşdu.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

109 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun