Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələri müzakirə edib

Paylaş
530 İzlənmə
5 Ay Öncə

Davosda Ukrayna prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

 

Qaynar TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumət başçısının saytında bildirilir.

 

V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər. 

 

V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub. 

 

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- deyə Zelenski vurğulayıb.

 

Görüşdə həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsini müzakirə etdilər.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

665 5 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun