Musiqili meyxananı qəbul etməyən Nadir Qafarzadə: “Qulağıma yazığım gəlir”

Paylaş
12 İzlənmə
1 Ay Öncə

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.

 

Sənətçi gitara ifaçılarının təkrarçılığa yol verdiklərini deyib:

 

“Hərəsi əlinə bir gitara alıb. Gitara ilə oxumaq sənət deyil. Səhnəyə çıx, canlı oxu. Hamısı da türk ifaçılarının boğazlarını edirlər. Bənzərlik çoxdur, biz təzə səs axtarırıq. Yol ver başqaları gəlsin. Kiminsə yerini tutursan. Mən bu günə kimi gəlib çıxmışamsa, demək ki, nəsə var. Üzərində işləməlisən. Gənclər, əgər yadda qalmaq istəyirsinizsə, fərqli oxumalısınız. Öz üslubunuz olmalıdır”.

 

İfaçı musiqili meyxana janrını da qəbul etmədiyini bildirib:

 

“Meyxananı bilirəm, amma musiqili meyxananın nə olduğunu bilmirəm. Dinləmirəm, qaçıram, çünki qulağıma yazığım gəlir. Bunları dinləyəmə məcbur deyilik”.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

202 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun