Baş nazirdən “Netfliks”ə “Qonşuluqdakı İblis”lə bağlı tələb

Paylaş
46 İzlənmə
3 Həftə Öncə

Polşanın Baş naziri Mateuş Moravetski “Netfliks”dən “Qonşuluqdakı İblis” (“The Devil Next Door”) sənədli serialının bəzi səhnələrini dəyişdirməyi tələb edib. 

 

Qaynarinfo xəbər verir ki, bu tələbə səbəb baş nazirə görə, serialın bəzi səhnələrinin Polşa tarixini ləkələməsidir.

 

Serialın süjeti “Sobibor” həbs düşərgəsinə işləməkdə günahkar bilinən ukraynalı Con Demyanyukun hekayəsinə əsaslanır. Demyanyuk məhkəmə qərarı ilə ABŞ-a ekstradisiya edilir.

 

Lakin süjetin Polşaya birbaşa dəxli olmasa da, baş nazir Moravetski də daxil olmaqla tamaşaçılar bir neçə səhnədə müasir Polşanın sərhədində yerləşən nasist konsentrasiya düşərgələrinin göstərildiyi qrafik xəritənin yer almasından əsəbiləşiblər. Varşavanı acıqlandıran o olub ki, sanki bu düşərgələrin onlara aidiyyəti var.

 

“Feysbuk”da serialın yaradıcıları ilə söhbətində Moravetski yazıb ki, düşərgələr Polşanın nasistlər tərəfindən işğal olunduğu bir vaxtda qurulub. Bu mövzu polyaklar üçün həqiqətən ağrılıdır. Hətta 2018-ci ilə qədər ölkədə polyakları Holokostda günahlandırmaq kimi qəbul edilə biləcək ifadələri qadağan edən qanun mövcud olub.

 

“Röyter”in məlumatına görə, artıq Polşa hökumətindən film şirkətinə müraciət daxil olub. Bu çərçivələrin lentdən kəsilib-kəsilməməsi haqda hələ bir qərar verilməyib.

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

112 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun