Dilqəm Əsgərovun saxlanıldığı yer məlum oldu

Paylaş
209 İzlənmə
1 Həftə Öncə

Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, ermənilər girovu əvvəlcə Ermənistanın Qoris rayonuna, oradan isə Şıraka aparıblar:

"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Qorisə aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".

K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".

Oxşar videolar

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6019 1 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun