Nəhəng “uçan boşqab” Günəşin qarşısını kəsdi

Paylaş
341 İzlənmə
3 Həftə Öncə

Məşhur ufoloq Skott Vorinq SOHO peyk kamerasındakı qeydə baxaraq Günəşin əhatəsində inanılmaz dərəcədə böyük bir cisim görüb. 

 

Qaynar TV xəbər verir ki, ilk baxışdan bunun Ay olduğunu düşünmək olar, ancaq cisim qəfildən 180 dərəcə kəskin bir dönüş edərək görünüş sahəsini tərk edir. Əlbəttə, Ayın belə manevrlər etməsi mümkün deyil.

 

Ufoloq deyib ki, kameranın obyektivinə orbitlərinin kənarında ola biləcək bir planetin, məsələn, Merkuri və ya Venera düşə bilərdi. Ancaq bu fikrin son dərəcə az inandırıcı olduğuna əsasən, ufoloq böyük ölçüdə UNO-nun SOHO kamera obyektivinə düşdüyünə inanmağı o qədər də çətin hesab etmir. Bundan əlavə, naməlum uçan cisimlərin Günəşin yanında görünməsi ilk hal deyil.

 

Bu video ilə maraqlanan müstəqil tədqiqatçılar hələ də UNO-ların görünüşünü və mənşəyini izah edə bilmirlər. NASA mütəxəssisləri İnternetdə Günəşin tədqiqatına aid olan bu materialla bağlı hələ bir fikir bildirməyiblər. Hər halda rəsmi məlumatları gözləməkdən başqa yol yoxdur.

 

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun