Karantin qaydalarını pozan tikinti şirkətləri

Paylaş
713 İzlənmə
2 Ay Öncə

Xüsusi karantin rejim müddətində əksər iş yerlərində işlərə ara verilib. Amma elə iş yerləri var ki, orada işlərin davam etməsi labüddür. Amma müəyyən istisnalar olmaqla. Belə iş yerlərindən biri xüsusən tikintilərdir. Bəs burada çalışan işçilər qaydalara, deyilən tövsiyələrə əməl edirmi?

 

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

 

Anar Məlikov – Ekspert: “Koronovirus pandemiyasının yayıldığı bir ciddi şəraitdə bəzi işlərin icra olunması ola bilər ki, zərurəti yaransın. Və bu zərurətdə də normativ gigiyena qaydaları və hazırki xüsusi şəraitin qaydalarına əsasən yəni o məsafələr saxlanmalıdır. Gigiyena qaydaları, dezinfeksiya qaydalarına riayət olunmalıdır”.

 

Amma müşahidələrimiz göstərdi ki, iş davam edən əksər tikintilərdə qaydalara riayət olunmur. Kütləvi halda işləyənlər, hər hansı qoruyucu maskadan istifadə etməyənlər və ümumiyyətlə qaydalardan xəbərsiz olanların sayı kifayət qədər çoxdur.

 

Ekspertlərin sözlərinə görə, indiki vəziyyətdə xüsusi şəraitin qaydaları araşdırılmalı, risk qiymətləndirilməsi aparılmalı, görülən işlər müəyyən olunduqdan və risklər müəyyənləşdikdən sonra xüsusi rejimin şərtlərinə uyğun tədbirlər görülməlidir.

 

Anar Məlikov – Ekspert: “Məsəl üçün işçilərin qrup halında bir yerdə işləməmələri, xüsusi maskalardan istifadə etmələri, dezinfeksiya qaydalarına əməl olunmaları və xüsusən də havalandırma şəraitinin yaxşı olması yəni bəzi qapalı yerlərdə iş görülən zaman havalandırma qaydalarının  riayət olunması”.

 

İqtisadçı millət vəkili Vüqar Bayramov isə deyir ki, sahibkarların koronovirusla mübarizə tədbirlərinin prinsiplərinə uyğun olaraq, iş metodunu dəyişməsinə ehtiyac var.

 

Vüqar Bayramov – Milli Məclisin deputatı: “10-dan artıq vətəndaş bir yerdə çalışırsa, daha məqsədəuyğun olar ki, mobil işçi qrupları yaradılsın. Mobil işçi qruplarında arasında iş bölgüsü həyata keçirilsin. Bu zaman 50 işçisi olan sahibkar mobil qruplar yaratmaqla, bir yerdə olan işçilərin sayını minimumlaşdıra bilər. Amma işini davam etdirə bilər”.

 

Qeyd edək ki, mövcud şəraitdə koronovirus pandemiyası ölkəmizdə 12 sektora mənfi təsir göstərib.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14158 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun