“Lukaşenkonun belə bir sözü var: “Məni öldürə bilərsiniz, amma...” - Politoloq

Paylaş
1,656 İzlənmə
3 Həftə Öncə

"Zənnimcə, Belarusda vətəndaş qarşıdırması kifayət qədər realdır”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Minskdə Müstəqillik Sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotdan üstündə bronojilet və əlində avtomatla enməsindən danışarkən deyib. Politoloq Lukaşenkonun öz xoşu ilə hakimiyyətdən əl çəkməyəcəyini qeyd edib:

 

"Onun belə bir sözü var: "məni öldürə bilərsiniz, amma hakimiyyətdən uzaqlaşdırmağı bacarmazsınız”. Ordu bu saat ölkənin əsas baş meydanlarını doldurub. Ölkədə faktiki olaraq elan olunmamış fövqəladə vəziyyət şəraiti hökm sürür. Rusiyanın da anbaan həmin prosesləri müdaxiləsi gözlənilir. Çünki Rusiya qoşunlarının müəyyən hissələri Belarusla sərhədlərə toplanır”.

 

Qabil Hüseynli bildirib ki, ölkədə vətəndaş qarşıdurması ehtimalı böyükdür:

 

"Bu da çox sərt təbiətli bir adamdır, faktiki olaraq hakimiyyət uğrunda əlində olan bütün resurslardan istifadə etməyə çalışır”.

 

Qeyd edək ki, Minskdə Müstəqillik Sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. Dövlət başçısı nəqliyyat vasitəsindən bronojiletdə və əlində avtomatla çıxıb.

 

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib və Lukaşenkonun qələbəsi elan olunub. Onun qələbəsini tanımayanlar Minskdə etiraz aksiyalarına başlayaıb. Etirazçılar səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
CNN-in müxbiri canlı yayımda soyuldu

CNN-in müxbiri canlı yayımda soyuldu

4298 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun