3 min illik mumya danışdı

Paylaş
5,712 İzlənmə
1 Ay Öncə

İngiltərədə alimlər 3 min il öncə mumyalanan misirli rahibin səsini süni intellekt vasitəsilə bərpa ediblər.

 

Qaynar TV xarici KİV-ə istinadən xəbər verir ki, e.ə. XXI əsrin əvvəllərində 11-ci Ramzesin fironluğu dövründə rahiblik etdiyi bildirilən Nesyamunun səsi üç ölçülü səsyazma cihazı ilə olduğu kimi kopyalanıb. Mumyalanmış bədənin yaxşı qorunduğuna diqqət çəkilən məqalədə səsin bərpasının sadəcə yumşaq toxumaların zərər görmədiyi təqdirdə mümkün olduğu qeyd olunur.

 

İlkin mərhələdə sadəcə e səsinə bənzər "eeuuughhh" kimi eşidilən səsi əldə etməyə nail olan alimlər gələcəkdə mumyanın səsi ilə tam cümlələr hazırlamağı düşünürlər.

 

Sözügedən araşdırma ölmüş birinin səsinin ilk dəfə bərpa edilməsi baxımından önəmli hesab edilir.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

679 1 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun