Tovuzlular AYDA-nı prezidentin sərəncamıyla bağlı ittiham edirlər

Paylaş
674 İzlənmə
6 Gün Öncə

Ölkə başçısı İlham Əliyevin Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqda sərəncamları tam icra olunmayıb.

 

Bu barədə Qaynarinfo-ya Qoçdərə-Sarıtala kənd sakinləri şikayət ünvanlayıblar. Şikayətdə bildirilir ki, yolun Qoçdərə kəndinə qədər olan hissəsi təmir olunsa da, oradan yuxarı kəndlərdə iş aparılmayıb. Sakinlər vəziyyətlə bağlı dəfələrlə podratçı şirkətin nümayəndələrinə və rayon rəhbərliyinə müraciət etdiklərini, lakin heç bir nəticəsi olmadığını bildiriblər. Bu səbəbdən onlar vaxtaşırı yolu bağlayaraq, nümayiş keçirir və problemlərinin həll olunmasını tələb edirlər.

 

Məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət bildirilib. Qurumun sözçüsü Anar Nəcəfli layihədə nə nəzərdə tutulubsa, işlərin ona uyğun aparıldığını və bundan kənara da çıxmayacaqlarını bildirib:

 

"Onların layihənin icrasına başlayandan bəri şikayət göndərmədikləri yer qalmayıb. Bizim üçün hamı birdir, istər Tovuz sakini olsun, istər Ucar, istərsə də digər vətəndaşlar. Hər bir vətəndaşa da hörmətlə yanaşırıq. Amma yolun bəlli bir layihəsi var və işlər də buna uyğun şəkildə həyata keçirilir. Layihədən kənar orda heç bir iş aparılmayıb və aparılmayacaq da. Ora asfalt çəkilsin, bura belə olsun... Bunlar xahişlə edilmir. Mütəxəssislərin rəyi əsasında layihə hazırlanır və icra edilir. Elə yerlər var ki, ora asfalt çəkilməsi mümkün deyil. Çəkilsə belə, 1 ildən sonra dağılacaq və həmin vətəndaşlar bu dəfə də yolun keyfiyyətsizliyi ilə bağlı şikayət edəcəklər. Harda asfalt nəzərdə tutulubsa, asfalt, harda çınqıl örtüyü nəzərdə tutulubsa, çınqıl tökülür. Layihədən kənar heç bir iş görülmür. Çünki yol çəkilişləri ilə bağlı aparılan bütün işlər birbaşa olaraq ölkə başçısının nəzarətindədir. Sərəncamın icrasında hansısa əskiklik ola bilməz. İndiyə kimi yeganə problem çıxarılan layihədir. Neçə aydır şikayət edirlər. Hətta bəzi yerlərdə çınqıl nəzərdə tutulmuşdu, məcbur qalıb asfalt çəkdik. İşlər hələ tam yekunlaşdırılmayıb, davam etdirilir".

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 19 fevral tarixində sözügedən avtomobil yolunun tikintisi və 2019-cu ilin 15 fevral tarixində isə əsaslı təmir ilə bağlı sərəncam imzalayıb. Birinci sərəncamla "Azəryolservis" ASC-yə (sonradan adı dəyişdirilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi edilib - red.) dövlət büdcəsindən 4 milyon, ikincidə isə 3,3 milyon manat vəsait ayrılıb.

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

Aygun Kazimova & Filipp Kirkorovdan gözlənilən klip - Jalma

117 2 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun