Erməni ordusu Xocalı və Xankəndinə TOPLANMAĞA BAŞLADI, ƏSGƏRLƏRİMİZSƏ...

Paylaş
47,170 İzlənmə
4 Həftə Öncə

Müharibədən sonra Qarabağda qalan erməni silahlıları çətin vəziyyətdədir.

Əksər hərbi hissələr ya dağıdılıb, ya da Azərbaycan Ordusunun nəzarətinə keçib.

İndi erməni silahlı birləşmələri Xocalı və Xankəndi istiqamətində yerləşirlər.

“Sputnik Armenia” yazır ki, dekabrın şaxtasında erməni silahlıları əllə yeni sığınacaq və səngər qazırlar. Onlar ekskavator istəsələr də, heç bir cavab verilməyib. Ermənistan Müdafiə Nazirliyinin də artıq Qarabağdakı hərbçilərlə əlaqəsi itib.

“Əsgərlərdən birinin fotosunu əldə etdik. Əllə qazdıqları səngər əsgərin dizinə qədərdir. Belə səngərdə qorunmaq mümkündürmü?”, - sayt yazır.

Daha sonra Azərbaycanı müqayisə göstərir: “Azərbaycan Ordusu ekskavatorların köməyi ilə bir neçə saat ərzində dərin səngərlər qazaraq, mövqelərini möhkəmləndirdilər. Erməni əsgərlər artıq bölgədə qalmaq istəmirlər”.

Qeyd edək ki, 10 noyabr razılaşmasına görə Qarabağdakı erməni silahlıları rusiya sülhməramlılarının bölgəyə gəlməsinə paralel olaraq çıxarılmalıdır. (Publika.az)

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

“O qədər sürətlidirlər ki, bacarmırıq... çox qorxuruq” – Erməni əsgərlər

6143 3 Ay Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun