Qayınata və qayınana hesabına ayaqda duran Kərim: “Şərt qoyulsa, çevriliş edərəm”

Paylaş
49 İzlənmə
2 Ay Öncə

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Kərim Abbasov olub.

 

Müğənni qayınatasından ağız dolusu danışıb:

 

“Sağolsun qayınatam, bacanaqlarım, qayınım kömək edirlər. Hərə bir yerdən kömək edir, məni də batmağa qoymurlar. Çox şükür, sənətimlə də qazanıram. Həm evimi həll edirəm, həm də işlərimi həll edirəm. Belə qayınatadan kim inciyər? Kimin belə qayınatası var? Ən çox qayınanamı çox istəyirəm, sevirəm, ölürəm onun üçün. Allaha çox şükür, çox qəşəng yarımışam. Qayınanam oğlumu necə böyüdürsə, oğlum hələ evə gəlib çıxa bilmir. Gecə yatandan-yatana gəlir. Aramızda 5 qapı məsafə var. Səhər yuxudan duran kimi nənə-nənə deyir, anası aparır qoyur ora”.

 

Kərim Abbasov qadağaları sevmədiyindən də söhbət açıb:

 

“Özümü heç vaxt o dərəcəyə çatdırmamışam ki, mənim ailə üzvlərim bunu eləmə desin, heç vaxt! Elə şey ola bilməz. Mənim qabağıma qadağa və yaxud şərt qoysalar evdə çevriliş ola bilər. Bizdə elə tərbiyyə yoxdur. Yoldaşım pik dərəcədə qısqancdır. O yetim evdən çölə çıxır ki, qadağa qoyum”.

 

Müğənni gəzib-dolaşmaqla arasının olmadığını da qeyd edib:

 

“Çöl-bayır adamı deyiləm. Klub-restoranlarda məni görə bilməzsiz. Çıxanda da alış-verişə çıxıram. Xaricə gedəndə kef edirəm. Kluba gedirəm, kef edirəm. Oynayırıq, stress atırıq”.

 

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
“Röya toyda oxuyanda qan su yerinə axdı”

“Röya toyda oxuyanda qan su yerinə axdı”

14151 2 Həftə Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun