Dənizdə çalışanların təlim mərkəzindən VİDEOREPORTAJ

Paylaş
232 İzlənmə
2 Ay Öncə

Dənizdə çalışanların hava və iş şəraitinə görə hər zaman ekstremal vəziyyətə hazırlıqlı olması çox vacibdir. Xüsusilə də dəniz neftçilərinə beynəlxalq standartlara və beynəlxalq dəniz konvensiyalarının tələblərinə uyğun təlimlərin keçirilməsi önəmlidir. Azərbaycanda bu cür təlimlər  SOCAR-ın Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində keçirilir. Məlumdur ki, SOCAR-da işçilərin əksəriyyəti dənizdə çalışır. Bununla belə, burada təkcə şirkətin əməkdaşları üçün deyil, sifarişlər əsasında digər şirkətlər və qurumlarda çalışanlar üçün də müxtəlif kurslar keçirilir, işçilər ən mürəkkəb şəraitə uyğun hazırlanır. 

 

Bu mərkəz SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) 5 təlim mərkəzindən biridir. Bura regionda unikal mərkəzdir. Mərkəz həm də Azərbaycanda və bütün regionda dalğıc hazırlığı ilə məşğul olan yeganə mərkəzdir.

 

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “Report”a bildirib ki, Mərkəzdə dənizdə sağqalma, dalğıcların hazırlanması, xilasedici matrosların hazırlanması, ümumiyyətlə, dənizdə işləyən bütün işçilər üçün əməyin mühafizəsi texnikası qaydaları mükəmməl sistem şəklində öyrədilir. O qeyd edib ki, Mərkəz Böyük Britaniyanın OPITO təşkilatı tərəfindən akkreditə olunub: “Bu da dənizdəki təlimlərin beynəlxalq gücünü və istiqamətini müəyyən edir. Dalğıcların hazırlanması üçün IMCA sertifikatına layiq görülmüşük ki, bu da dalğıcların hazırlığının beynəlxalq səviyyədə həyata keçirilməsinə böyük imkanlar və töhfələr verir”.

 

Qeyd edək ki, Mərkəzdə beynəlxalq standartların tələbləri üzrə yenidənhazırlanma, ixtisasartırma, təkmilləşdirmə, maarifləndirmə və təlimatlandırma kurslarının tədrisi və təlimlərin təşkili həyata keçirilir.

 

Bu mərkəzdə praktiki təlimlər ixtisaslaşmış hovuz təlim kompleksində, dəniz akvatoriyasında yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələri ilə (sürətli və sürətli olmayan xilasedici qayıqlar) təchiz edilmiş sağqalma üzrə xilasedici təlim bloklarında, xilasedici və sürətli qayıqlarda, xilasedici sallarda, müvafiq yanğın qurğuları, tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz olunmuş yanğın təlim poliqonunda, dalğıc kompleksində, dalğıclar üçün nəzərdə tutulmuş barokamerada, dalğıc sinfində və inzibati binada yerləşən tibb trenajorunda aparılır.

 

Bildirildiyi kimi, mərkəz Böyük Britaniyanın Neft Sənayesi sahəsində Dəniz Təlim Təşkilatının (OPITO) Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üçün akkreditasiya edilib və Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı kimi OPITO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilib.

 

OPİTO akkreditasiyası SOCAR-ın dəniz neft-qaz platformalarında və qurğularında çalışan məsul işçi heyətinin və kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, təhlükəsizlik texnikası, əməyin mühafizəsinin idarə edilməsi, habelə istehsalat obyektlərində qəza və qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində mövcud ehtiyaclarının təmin olunmasına xidmət edir. Burada keçirilən BOSIET təlim kursunu uğurla bitirmiş 600-dən çox dinləyici artıq OPITO-nun məlumat bazasına daxil edilib.

 

Bu ilin 11 ayı ərzində Mərkəzdə 2286 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

 

Burada kurslar, təlimlər mütəmadi olaraq keçirilir. Çəkilişdə olduğumuz zaman da dənizdə çalışan işçilər üçün təlimlər keçirilirdi. Beləliklə, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzindən geniş videoreportajı təqdim edirik:

Oxşar videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun
Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

Azərbaycanlı müğənni “Google Russia”nın siması seçildi

656 5 Gün Öncə
Son videolar
daha çox

Videoları qaçırmayın

Qaynar.tv yə abunə olun ən son videolardan xəbərdar olun